“Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq” - Yuri Maksimov

19:54 13-03-2018
“Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq” - Yuri Maksimov

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə “Qəbələ”ylə heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- “Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq.
- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?
- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.
- Rəqibin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?
- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hansısa qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.
- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...
- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.
- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?
- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.(komanda.az)


.
.
.
0.40320181846619