AFFA-dan "Kəpəz"ə ağır cəza

14:26 14-03-2018
AFFA-dan "Kəpəz"ə ağır cəza

9 mart 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” futbol klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılmışdır.
Sportmedia.az xəbər verir ki, “Kəpəz” klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur.
“Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi məbləğ “Kəpəz” klubu tərəfindən ödənilsin.
9 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
8 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Zaqatala” – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.
9 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Şüvəlan” – “Mil-Muğan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.
10 mart 2018-ci il, Region Liqasının, “Gənclik” – “Füzuli” matçının 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdır. Oyun tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir. Oyunun 90+1 ci dəqiqəsində “Gənclik” komandasının 7 №-li futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır. Oyunun 90+1-ci dəqiqəsində “Gənclik” klubunun 11 №-li futbolçusu Elman İsgəndərov və 13 №-li futbolçusu Fərid Ağabəyli hakimi təhqir etdiylərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır.
“Gənclik” klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.
10 mart 2018-ci il, Region Liqasının, “Şəki” – “Kürmük” matçının 39-cu dəqiqəsində “Şəki” klubunun 15 №-li futbolçusu Sənan Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 39-cu dəqiqəsində “Kürmük” klubunun 10 №-li futbolçusu Cavidan Ömərli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
12 mart 2018-ci il, Bakcell-17 Liqasında, “Səbail” – “Sumqayıt” matçının 90-cı dəqiqəsində “Səbail” klubunun 10 №-li futbolçusu Aydın Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 mart 2018-ci il, Bakcell-17 Liqasında, “Xəzər Lənkəran” – “Qarabağ” matçının 87-ci dəqiqəsində “Qarabağ” klubunun 14 №-li futbolçusu Şirxan Həsənzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
10 mart 2018-ci il, U-14 Liqasında, “Araz Bakı” (Bakı) – İOEUGİM (Sumqayıt) matçının 58-ci dəqiqəsində İOEUGİM klubunun 4 №-li futbolçusu Ayxan Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
10 mart 2018-ci il, U-14 Liqasında, “Şirvan” (Şirvan) – UGİM (Göyçay) matçında “Şirvan” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
10 mart 2018-ci il, U-10 Liqasında, “Junior” (Bakı) – “Xəzri” İK (Bakı) matçında Xəzri” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
12 mart 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Neftçi” matçının 33-cü dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Eshaq Surqalı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 mart 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının “Yasamal” – “FK.İD. Futsal” matçının 32-ci dəqiqəsində “FK.İD.Futsal” klubunun 5 №-li futbolçusu Asif Zeynalov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır Oyunun 32-ci dəqiqəsində “Yasamal” klubunun rəhbəri Orxan Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 mart 2018-ci il, Azərbaycan həvəskarlar Liqasının “Yasamal” – “Dinamo” matçının 30-cu dəqiqəsində “Dinamo” klubunun 10 №-li futbolçusu Hadı Rezaci ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.


.
.
.
0.40837287902832