Burak Yılmazdan "Trabzonspor"a maddi yardım

18:14 14-03-2018
Burak Yılmazdan "Trabzonspor"a maddi yardım

Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un futbolçusu Burak Yılmaz klubuna maliyyə yardımı göstərir.
Sportmedia.az xəbər verir ki, bu haqda "HaberTürk" məlumat yayıb.
Bildirilir ki, forvard Qara dəniz təmsilçisinə transfer olunduqdan bəri maaş almayıb, lakin o, klubun şərəfini qoruyan 6 legioner futbolçuya 240 min avro ödəyib. Həmçinin, 32 yaşlı futbolçu bir gənc oyunçuya da 100 min lirə verib.
Maddi sıxıntılara görə maaşlarını ala bilməyənlərə kömək edən Burak Yılmaz bu mövsüm Super Liqada 19 qol vurub.


.
.
.
0.39652299880981