Qurban Qurbanov: "Çempionatın ən sürətli qarşılaşmalarından biri idi"

20:16 14-03-2018
Qurban Qurbanov: "Çempionatın ən sürətli qarşılaşmalarından biri idi"

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi” “Qarabağ”ı qəbul edib – 0:0.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Çempionatın ən sürətli qarşılaşmalarından biri idi. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım”.


.
.
.
0.40841102600098