Klublar Komitəsinin iclası keçirilib 

17:39 15-03-2018
Klublar Komitəsinin iclası keçirilib 

Bu gün “Bulvar otel”də Klublar Komitəsinin iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə” və “Səbail” klublarının nümayəndələri, həmçinin AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Təhsil proqramında təlimatçı Aslan Kərimov iştirak ediblər.
Komitənin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. Səs çoxluğu ilə “Neftçi” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.


.
.
.
0.5384509563446