Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılır

10:51 16-03-2018
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılır

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Sportmedia.az xəbər verir ki, mərasimdə püşkü Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko çəkəcək.
Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu klublar aşağıdakılardır.
"Real Madrid” (İspaniya)
"Barselona” (İspaniya)
"Sevilya” (İspaniya)
"Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya)
"Roma” (İtaliya)
"Liverpul” (İngiltərə)
"Mançester Siti” (İngiltərə)
Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə klublarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində bəlli olacaq. İlk matçlar 3-4 aprel, cavab oyunları isə 10-11 apreldə olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


.
.
.
0.45478892326355