Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi baş tutacaq

12:15 16-03-2018
Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi baş tutacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.
Sportmedia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Kor püşk" nəticəsində 8 komandanın rəqibi bəlli olacaq.
1/4 final cütlüklərini müəyyənləşdirəcək klublar: “Atletiko” (İspaniya), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Leyptsiq” (Almaniya), “Marsel” (Fransa), “Sportinq” (Portuqaliya), ÇSKA (Rusiya), “Zalsburq” (Avstriya).
Qeyd edək ki, 1/4 finalın ilk matçları 5, cavab oyunları ilə 12 aprel tarixlərində keçiriləcək.


.
.
.
0.51486396789551