"Sumqayıt"ın tarixində ilk

16:19 16-03-2018
"Sumqayıt"ın tarixində ilk

20-ci turda keçirilən “Sumqayıt” – “Kəpəz” qarşılaşmasında qazanılan qələbə “Sumqayıt”ın tarixində əlamətdar olub.
Sportmedia.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında ilk dəfə bir mövsümdə 10-cu qələbəni qazanıb. Bununla da 2012/13-cü ildə Bernhard Raabın çalışdırdığı komandanın rekordu yenilənib (9 qələbə, 8-heç-heçə, 15 məğlubiyyət).
Qeyd edək ki, “Sumqayıt” Samir Abasovun rəhbərliyi altında 2 dəfə bu rekordu yeniləməyə yaxın olub (2015/16: 9 qələbə, 12 heç-heçə, 15 məğlubiyyət, 2016/17: 9 qələbə, 8 heç-heçə, 11 məğlubiyyət).


.
.
.
0.50603985786438