Avropa Liqasında püşk atıldı

19:36 16-03-2018
Avropa Liqasında püşk atıldı

İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi baş tutub.
Sportmedia.az xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.
Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
"Leyptsiq” (Almaniya) - "Marsel” (Fransa)
"Arsenal” (İngiltərə) - MOİK (Moskva, Rusiya)
"Atletiko” (İspaniya) - "Sportinq” (Portuqaliya)
"Latsio” (İtaliya) - "Zalsburq” (Avstriya)
Qeyd edək ki, ilk qarşılaşmalar aprelin 5-i, cavab oyunları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən klubların meydanlarında keçiriləcək.


.
.
.
0.64251399040222