FİFA AFFA-da yoxlama aparacaq

14:38 17-03-2018
FİFA AFFA-da yoxlama aparacaq

FİFA-ya üzv olan bütün 211 milli assosiasiya və 6 konfederasiyada mərkəzləşdirilmiş audit aparılacaq.
Sportmedia.az xəbər verir ki, bu haqda ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Yoxlamaları dünya səviyyəli müstəqil auditorlar həyata keçirəcək. Məqsəd üzv təşkilatlara Forvard fondların ayırdığı vəsaitdən istifadəyə nəzarət etməkdir. Hazırda bu vəsaitlərin təyinatı üzrə istifadəsinin təmin olunması üçün sərt nəzarət mövcuddur.
Maliyyə hesabatında qeyd edilir ki, FİFA dünya ölkələrinin futbol assosiasiyalarından Uşaq Futbolunun İnkişaf Proqramında iştirakları üçün 1554 ərizə alıb. 2015 - 2018-ci illərdə proqram çərçivəsində milli futbol qurumlarına 1,79 milyard dollardan 393 milyon dollar köçürülüb. Qalan pul vəsaitləri hər bir assosiasiya ilə razılaşdırılmış qaydada mərhələli şəkildə köçürüləcək. Bu zaman layihənin nə dərəcədə uğurla həyata keçirildiyi nəzərə alınacaq.


.
.
.
0.46710085868835