ÇL-də həftənin oyunçusu müəyyənləşdi

16:52 17-03-2018
ÇL-də həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportmedia.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib.
Argentinalı ulduz futbolçu Vissam Ben-Yedder (“Sevilya”), Tomas Müller (“Bavariya”) və Edin Dzekonu (“Roma”) qabaqlayıb.
Qeyd edək ki, Messi ÇL-in 1/8 final mərhələsinin “Çelsi” ilə cavab oyununda (3:0) 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


.
.
.
0.44993901252747