Kyellini İtaliya millisindən kənarlaşdırıldı

16:21 18-03-2018
Kyellini İtaliya millisindən kənarlaşdırıldı

İtaliya millisinin qarşıdakı matçlar üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Sportmedia.az xəbər verir ki, Corcio Kyellininin adı həmin siyahıdan çıxarılıb.
Buna səbəb futbolçunun zədə alması olub. Kyellini "Spal"la dünənki çempionat qarşılaşmasında (0:0) sıradan çıxıb. Corcionun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı yaxın günlərdə bəlli olacaq.
Kyellininin əvəzinə yığmaya "Vest Hem"in müdafiəçisi Ancelo Oqbonna çağırılıb.
Qeyd edək ki, "Skuadra Adzurra" martın 23-də Argentina, 4 gün sonra isə İngiltərə ilə yoldaşlıq oyununa çıxacaq.


.
.
.
0.44275498390198