Buffon geri döndü

16:49 18-03-2018
Buffon geri döndü

“Yuventus”un qapıçısı Canluici Buffon qocalmaq niyyətində deyil.
Sportmedia.az xəbər verir ki, İtaliya millisinin müvəqqəti baş məşqçisi Luici Di Byaco İngiltərə və Argentina ilə baş tutacaq yoxlama matçları üçün heyəti açıqlayıb.
Məşqçi “Yuventus”un qapıçısı Canluici Buffona da dəvət göndərib. Buffon DÇ-2108-in seçmə mərhələsindən sonra milli karyerasını bitirdiyini açıqlamışdı.
Ancaq o, sonradan fikrini dəyişərək, yığmaya qayıda biləcəyini demişdi. Buffon İtaliya millisində keçirdiyi 175 matçda 140 qol buraxıb.


.
.
.