"Barselona"da ciddi itkilər

17:33 18-03-2018
"Barselona"da ciddi itkilər

İspaniya La Liqasının 29-cu turunda “Atletik”lə qarşılaşacaq “Barselona” matça ciddi itkilərlə çıxacaq.

Sportmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki,, kataloniyalılar zədəli Serxio Buskets, Nelson Semedu, Denis Suares və cəzalı Luis Suaresdən sonra daha bir oyunçusunu itirib. Tomas Vermalenin də bugünkü qarşılaşmanı buraxacağı açıqlanıb. Buna səbəb onun topuğundan zədə alması olub.
Qeyd edək ki, “Barselona” – “Atletik” qarşılaşması Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.


.
.
.
0.41115593910217