“Heç kim mənimlə müqayisə oluna bilməz” - Ronaldo

19:48 18-03-2018
“Heç kim mənimlə müqayisə oluna bilməz” - Ronaldo

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo karyerası barədə danışıb.
Sportmedia.az xəbər verir ki, Ronaldo karyerasının əvvəlində böyük arzularla yaşadığını söyləyib. O, başqa bir Kriştianonun olmayacağını da iddia edib:
“Karyeramın əvvəlində dünyanın ən yaxşı futbolçusu olacağımı deyirdim. Onda dostlarım mənə “sən nədən danışırsan” deyirdilər.
Mən sevinmək, əyləncə xatirinə oynayırdım. Lakin “səndə potensial var” düşüncəsi də həmişə beynimdə idi. Beləliklə, Mançesterdə işə başladım.
Mənim istedadımın, əzmkarlğımın, əməyə bağlılığımın olduğu çox adam yoxdu. Heç kim özünü mənimlə müqayisə edə bilməz, başqa Ronaldo olmayacaq”.


.
.
.
0.46958494186401