Məşhur idman kanalı fəaliyyətini dayandırdı

20:12 18-03-2018
Məşhur idman kanalı fəaliyyətini dayandırdı

Türkiyənin “NTV Spor” kanalı bağlanıb.
Sportmedia.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, telekanal dünən keçirilən “Fənərbaxça” - “Qalatasaray” qarşılaşmasından sonra efirə gedən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.
Dünən gecə Bakı vaxtı ilə saat 23.30-dan etibarən “NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.
Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi. Beləliklə, telekanal 10 il fəaliyyət göstərib.


.
.
.
0.4351110458374