Yığmamızın futbolçusu oynamadı, “Samsunspor” xal itirdi

20:53 18-03-2018
Yığmamızın futbolçusu oynamadı, “Samsunspor” xal itirdi

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 28-ci turun matçları keçirilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti oyununa çıxıb. Sözügedən kollektiv doğma meydanda “Boluspor”la üz-üzə gəlib. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Ufuk bu matçın iştirakçısı olmayıb. Zədəli olan, buna görə yığmamızın da toplanışına dəvət almayan futbolçu hal-hazırda Almaniyada müalicə alır.
“Samsunspor” hazırda 33 xalla 18 komanda arasında 14-cü pillədə yer alıb.


.
.
.
0.5890748500824