"Real Sosyedad"ın yeni baş məşqçisi müəyyənləşdi

12:58 20-03-2018
"Real Sosyedad"ın yeni baş məşqçisi müəyyənləşdi

İspaniya La Liqasında mübarizə aparan "Real Sosyedad"ın yeni baş məşçisi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Komandaya mövsümün sonunadək İmanol Alqvasil baş məşqçilik edəcək.
Qırx altı yaşlı mütəxəssis bütün məşqçi karyerasını "Real Sosyedad"da keçirib. O, əvvəlcə klubun gənclər, sonra isə ikinci komandası ilə işləyib.
Qeyd edək ki, ötən gün klub rəhbərliyi Eusebio Sakristanı baş məşqçi postundan kənarlaşdırıb. San-Sebastyan klubu İspaniya çempionatının 29 turundan sonra turnir cədvəlində 15-ci yeri tutur və 18-ci pillədə qərarlaşan "Las-Palmas"ı 12 xal qabaqlayır.


.
.
.
0.52351403236389