Robert Levandovskinin qiyməti müəyyənləşdi

13:28 20-03-2018
Robert Levandovskinin qiyməti müəyyənləşdi

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” futbolçusu Robert Levandovskinin qiymətini müəyyənləşdirib.
Sportmedia.az xəbər verir ki, bu haqda “Kicker” məlumat yayıb.
Bildirilir ki, Münhen təmsilçisi “Real” (Madrid) və “Mançester Yunayted” kimi komandaların maraqlandığı hücumçunu mövsümün sonunda satmamaq qərarına gəlib. Həmçinin klub gələn mövsüm 30 yaşı olacaq ulduz oyunçu üçün 100 milyon avrodan aşağı təklifi qəbul etməyək.
Qeyd edək ki, “Bavariya” ilə 2021-ci ilədək müqaviləsi olan Levandovski bu mövsüm 37 oyuna 32 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.53814792633057