Futbolçularımız oynamadı, "Slaviya" evində məğlub oldu

13:47 20-03-2018
Futbolçularımız oynamadı, "Slaviya" evində məğlub oldu

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 22-ci turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin şərəfini qoruduğu Praqanın “Slaviya” klubuun gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Dinamo”nu qəbul edib. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Rövlanla Fərid bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 29 xalla turnir cədvəlində 12 klub arasında 8-ci sıradadır.


.
.
.
0.39666414260864