Joze Mourinyodan köklü dəyişiklər

14:08 20-03-2018
Joze Mourinyodan köklü dəyişiklər

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən 7 futbolçunun komandadan göndərilməsini tələb edib.
Sportmedia.az xəbər verir ki, həmçinin, təcrübəli mütəxəssis 4 yeni futbolçu transfer etmək niyyətindədir.
Belə ki, portuqaliyalı baş məşqçi Deyli Blind, Kris Smollinq, Luk Şou, Anden Herrera, Xuan Mata, Maruan Fellaini və Antoni Marsiyalın komandadan göndərilməsini istəyir.
Həmçinin, Mourinyo gələn mövsümdən Denni Rouz (“Tottenhem”), Fred (“Şaxtyor”), Villian (“Çelsi”) və Qaret Beyli (“Real” M.) komandasında görmək niyyətindədir.


.
.
.
0.41616606712341