Nqolo Kante: "PSJ-yə getməyəcəm"

15:44 20-03-2018
Nqolo Kante: "PSJ-yə getməyəcəm"

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin gələn mövsüm üçün ən böyük transfer hədəfi olan “Çelsi”nin futbolçusu Kante komandada qalacağını açıqlayıb.
Sportmedia.az xəbər verir ki, London klubunda xoşbəxt olduğunu deyən Kante:
“Mən “Çelsi”nin oyunçusuyam və burda xoşbəxtəm. “Çels”i mənim evimdi və burda qalacam. Bu mövsüm turnir cədvəlinin ilk 4-lüyündə qərarlaşıb gələn mövsüm Çempionlar Liqasında iştirak etmək istəyirik”.
Qeyd edək ki, 2016-cı ildə 60 milyon avro qarşılığında “Lester Siti”dən London təmsilçisinə keçən Kanteni gələn mövsüm heyətinə qatmaq istəyən PSJ fransız futbolçu ilə yanaşı Eden Azarı da “zadəganlar”dan transfer edərək Çempionlar Liqasının çempionu olmağı hədəfləyir.


.
.
.
0.53618216514587