Messi: "Hər axşam ayağıma iynə vururdum"

18:52 20-03-2018
Messi: "Hər axşam ayağıma iynə vururdum"

İspaniya La Liqasında mübarizə aparan "Barcelona" klubunun futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemləri haqda danışıb.
Sportmedia.az xəbər verir ki, argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib.
12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini vurğulayıb: "Mən kurs keçmişdim. Hər axşam ayağıma boy hormonu iynəsi vururdum. Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan, ciddi ağrı hiss etmirdim. Bütün bu proses bezdirici idi. Lakin bunu etməli idim və edirdim".
Qeyd edək ki, 31 yaşlı forvarda uşaqlıqda boy hormonu çatışmazlığı diaqnozu qoyulub. Onunla müqavilə bağlamağı qərara alarkən, "Barcelona" müalicə xərclərini də ödəyib. Hazırda məşhur futbolçunun boyu 1,69 metrdir.
Xatırladaq ki, Lionel Messi dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un 5 qat sahibidir. O, "Barselona"nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun sahibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub.


.
.
.
0.48425483703613