"Real" "Bavariya" ilə razılaşdı

13:11 21-03-2018
"Real" "Bavariya" ilə razılaşdı

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) Robert Levandovskinin transferi ilə bağlı “Bavariya” ilə razılığa gəldiyi iddia edilib.
Sportmedia.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Bildirilir ki, “kral klubu” polşalı hücumçu üçün Münhen təmsilçisinə 100 milyon avro ilə yanaşı keçən yay “Bavariya”ya icarəyə göndərdiyi Hames Rodrigezi də təklif edəcək.
“Real”ın baş məşqçisi Zinəddin Zidanın da bu transferə müsbət yanaşdığı qeyd edilir.


.
.
.
0.42617511749268