Kasilyas BƏƏ yolunda

13:39 21-03-2018
Kasilyas BƏƏ yolunda

Portuqaliya Premyer Liqasında mübarizə aparan “Porto”nun qapıçısı İker Kasilyasa Birləşmiş Ərəb Əmirliklərindən təklif gəlib.
Sportmedia.az xəbər verir ki, bu haqda Portuqaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, BƏƏ təmsilçisi “Əl-Nəsr” təcrübəli qolkiperin xidmətində maraqlıdı. Klub Kasilyasa illik 2.5 milyon avro maaş təklif edib.
Həmçinin, 36 yaşlı “çərçivə qoruyucusu” ilə MLS klubları və İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl Yunayted” də maraqlanır.
Xatırladaq ki, “Real”dan (Madrid) 2015-ci ildə “Porto”ya transfer olan İker Kasilyas bu mövsüm 24 oyuna 14 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.


.
.
.
0.61091113090515