Ceko: "Barselona"nı mübarizədən kənarlaşdıra bilərik"

14:07 21-03-2018
Ceko: "Barselona"nı mübarizədən kənarlaşdıra bilərik"

Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində “Barselona”ya rəqib olan “Roma”nın forvardı Edin Ceko maraqlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, ulduz futbolçu “kataloniyalılar”ı mübarizədən kənarlaşdıra biləcəklərini deyib:
“Barselona” yalnızca bu mərhələnin deyil, turnirin favoritidir. Komanda şəklində oynasaq və hər şeyimizi oyuna versək, növbəti mərhələyə vəsiqə qazana bilərik. ¼ final mərhələsinə çıxmaq üçün hər şeyi etdik, yarımfinala adlamaq üçün də ən yaxşısını edəcəyik”.
“Barselona”ya qarşı itirəcəkləri heç bir şeyin olmadığını deyən bosniyalı oyunçu: “Bu oyunlarda “Barselona”ya qarşı itirəcək heç nəyimiz yoxdu, lakin qazana biləcəyimiz çox şey var. Komanda şəklində oynamalıyıq. Böyük klubları məğlub etməyin tək yolu budur”.
İki İtaliya təmsilçisinin ¼ final mərhələsinə vəsiqə qazanmasından da danışan Ceko: “2007-ci ildən bəri iki italyan klubunun bu mərhələyə adlaması möhtəşəm nəticədi. Xüsusilə də, İtaliya millisinin Dünya Çempionatında iştirak etmədiyi bir ildə bunun olması çox önəmlidi”.


.
.
.
0.52480602264404