Neymarın seçimi Enrike oldu

14:29 21-03-2018
Neymarın seçimi Enrike oldu

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ Neymarın komandada qalması üçün bütün imkanlarını səfərbər edir.
Sportmedia.az xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, sonuncu dəfə maaşının artırılmasını istəyən Neymarın baş məşqçilik postu ilə bağlı da rəhbərlikdən tələbi var. Belə ki, PSJ-nin prezidenti Əl-Xələfi ilə görüşən ulduz futbolçu baş məşqçilik postuna Antonio Kontenin deyil, Luis Enrikenin gətirilməsini istəyib. Bundan sonra Paris təmsilçisi rəhbərliyinin Antonio Kontenin baş məşqçilik postuna gətirmək fikrindən daşındığı və Luis Enrike ilə danışıqlara başladığı qeyd edilir.
Həmçinin, Tiaqo Silva və komandanın bəzi oyunçuları Karlo Ançelottinin baş məşqçi olmasını istəyir.
Son olaraq klub prezidentinin Karlo Ançelotti, Luis Enrike və Zinəddin Zidanla bağlı çalışmalara başlamaq qərarına gəldiyi iddia edilir.


.
.
.
0.63824701309204