PSJ-dən Salaha rekord təklif

16:16 21-03-2018
PSJ-dən Salaha rekord təklif

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ “Liverpul”un futbolçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.
Misirli hücumçu üçün Paris klubu 230 milyon avro ödəməyə hazırdı. “Liverpul”un sahibi olan “Fenway Sports Group”un bu təklifi rədd edə bilməyəcəyi qeyd edilir. Həmçinin, Salahla “Barselona” və “Real” (Madrid) kimi Avropa nəhəngləri də maraqlanır.
Xatırladaq ki, keçən yay “Roma”dan 42 milyon avroya “mersisaydlılar”a transfer olan 25 yaşlı forvard 43 oyuna 37 qol vurub.


.
.
.
0.42068910598755