Taliska maaşının artırılmasını tələb edir

16:40 21-03-2018
Taliska maaşının artırılmasını tələb edir

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” klubunun futbolçusu Anderson Taliska rəhbərlikdən maaşının artırılmasını tələb edir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fotomaç” məlumat yayıb.
Belə ki, “qara qartallar” icarə əsasında oynayan futbolçunu satın alacağı təqdirdə Taliska maaşının artırılmasını istəyir. Hazırda ilə 2.2 milyon avro qazanan forvard bu məbləğin 3 milyon avroya qaldırılmasını tələb edir.
Xatırladaq ki, 24 yaşlı oyunçunun İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitir.


.
.
.
0.43881416320801