“Fənərbaxça”ya yaxşı xəbər

17:21 21-03-2018
“Fənərbaxça”ya yaxşı xəbər

3 ay yarımdır zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Vinsent Yanssendən “Fənərbaxça”ya yaxşı xəbər gəldi.
Sportmedia.az xəbər verir ki, bu haqda “Sabah” məlumat yayıb.
Bildirilir ki, milli komandaların matçları ilə bağlı yaranan fasilədən sonra Super Liqa çərçivəsində İstanbul təmsilçisi “Kayserispor”la qarşılaşacaq. Zədəsini sağaltmış holland futbolçunun həmin oyunun iştirak ərizəsində yer alacağı gözlənilir.
Xatırladaq ki, Yanssen 2017-ci ilin dekabr ayının 8-də “Bursaspor”a qarşı keçirilən matçda zədələnmişdi. Zədə səbəbindən 23 yaşlı forvard uzun müddət yaşıl meydanlardan kənarda qalıb.


.
.
.
0.51585292816162