"Real"dan 60 milyon avroluq təklif

17:28 21-03-2018
"Real"dan 60 milyon avroluq təklif

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) yeni qapıçı axtarışlarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
Bildirilir ki, “kral klubu” “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. Paytaxt təmsilçisi qolkiper üçün 60 milyon avrodan keçməyə hazırdı.
“Real” 25 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalamağı niyyətindədir. “Çərçivə qoruyucusu”na isə illik 5 milyon avro maaş təklif edir.
Xatırladaq ki, Alissonun xidmətində İngiltərə təmsilçisi “Liverpul” da maraqlıdı.


.
.
.
0.46367716789246