Nabil Fekir “Arsenal”ın hədəfində

17:45 21-03-2018
Nabil Fekir “Arsenal”ın hədəfində

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Sportmedia.az “Mirror”a istinadən xəbər verir ki, London təmsilçisi “Lion”un şərəfini qoruyan Nabil Fekir ilə güclənmək istəyir.
“Topçular” Fransa təmsilçisnə 24 yaşlı oyunçu üçün 45 milyon funt sterlinq təklif edir.
Qeyd edək ki, “Lion”un yetirməsi olan və 2011-ci ildə əsas komandada oynamağa başlayan yarımmüdafiəçi bu mövsüm 34 oyuna 21 qol vurub. Nabil Fekirin klubu ilə 2021-ci ilə qədər müqaviləsi var.


.
.
.
0.46327304840088