Raul Qonzalez məşqçi olur

18:04 21-03-2018
Raul Qonzalez məşqçi olur

“Real”ın (Madrid) sabiq futbolçusu Raul Qonzalez məşqçi olmağa hazırlaşır.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Raul Qonzalez aprel ayında İspaniya Futbol Federasiyası tərəfindən məşqçilik lisenziyası alacaq. Bundan sonra Raul “Real”ın “B” komandası olan “Yuvenil”i çalışdıracaq. “Yuvenil”in hazırkı məşqçisi Quti isə “kral klubu”nun digər komandası “Kastiliya”nı çalışdıracaq. Həmçinin, Qutiyə La Liqadan da təkliflərin gəldiyi qeyd edilir.


.
.
.
0.3953320980072