“Latsio” Luiş Nanidən vaz keçdi

18:12 21-03-2018
“Latsio” Luiş Nanidən vaz keçdi

Mövsümün əvvəlində icarə əsasında “Valensiya”dan “Latsio”ya keçən Luiş Nani İspaniyaya qayıdır.
Sportmedia.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı futbolçudan istədiyini ala bilməyən “Latsio” 31 yaşlı oyunçu ilə mövsümün sonunda yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, 2 milyona vro qarşılığında “Latsio”ya keçən vinqer bu mövsüm A Seriyada 14 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


.
.
.
0.4713180065155