Şəhriyar Məmmədyarov liderə qarşı

15:12 22-03-2018
Şəhriyar Məmmədyarov liderə qarşı

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.
Sportmedia.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib bəlli olmayıb.
Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə yer alıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.
X tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)
Din Lijen (Çin) - Uesli So (ABŞ)


.
.
.
0.49245691299438