Şəhriyar Məmmədyarov Soya qarşı

12:22 23-03-2018
Şəhriyar Məmmədyarov Soya qarşı

Berlində keçirilən Şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun qarşılaşmaları baş tutacaq.
Sportmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Ötən tur Ş.Məmmədyarov U.Sonun həmyerlisi Fabiano Karuananı ağ fiqurlarla yenə bilməyib - 0,5:0,5. Hal-hazırda o, 6 xalla 2-ci pillədə yer alıb. Qara fiqurlarla çinli Din Lijenlə bərabərliyə qalan U.So isə 4 xalla 7-cidir.
Turun digər qarşılaşmaları:
Fabiano Karuana (ABŞ) - Vladimir Kramnik (Rusiya)
Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya)
Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya)
10 turdan sonra turnir cədvəlinə 6,5 xalla F.Karuana başçılıq edir. A.Qrişuk 5,5 xalla 3-cü, S.Karyakinlə D.Lijen hərəyə 5 xalla 4-5-ci, V.Kramnik 4,5 xalla 6-cı, L.Aronyan 3,5 xalla 8-cidir.


.
.
.
0.61161994934082