"Atletiko"nun Dibala planı

14:13 23-03-2018
"Atletiko"nun Dibala planı

Mövsümün sonunda “Atletiko”dan (Madrid) ayrılacağı gözlənilən Antuan Qrizmanın yeri Paulo Dibala ilə doldurula bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, əgər Qrizman komandadan ayrılsa, “Atletiko” Paulo Dibala üçün “Yuventus”a 120 milyon avro ödəyəcək.
Ötən günlərdə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə Dibalanın Madriddə görüşdükləri və birlikdə yemək yedikləri iddia edilir.
Xatırladaq ki, 2022-ci ilədək “Yuventus”la müqaviləsi olan Dibala bu mövsüm 35 oyuna 21 qol vurub və 5 məhsuldar ötürmə edib.


.
.
.
0.44076585769653