15 yaşlı türk futbolçu Almaniya nəhənginin hədəfində

14:33 23-03-2018
15 yaşlı türk futbolçu Almaniya nəhənginin hədəfində

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya” (Dortmund) “Valensiya”nın gənc futbolçusu Fərhad Çoğalan ilə maraqlanır.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya və Almaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Dortmund klubu gənc oyunçuya “Valensiya”da qazandığından daha yüksək məbləğdə maaş təklif edərək transferi həyata keçirməyi planlaşdırır. Həmçinin, “Borussiya”nın ilk görüşmədə müsbət cavab aldığı və türk futbolçuya U-17 komandasında oynama sözü verdiyi iddia edilir.
Qeyd edək ki, Fərhad Çoğalanla “Milan”, “Arsenal”, “Mançester Yunayted” və “Yuventus” kimi Avropa nəhəngləri də maraqlanır.


.
.
.
0.45502400398254