İbrahimoviç rəsmən "Mançester Yunayted"dən ayrıldı

15:42 23-03-2018
İbrahimoviç rəsmən "Mançester Yunayted"dən ayrıldı

İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted" Zlatan İbrahimoviçlə olan müqaviləyə xitam verildiyini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, klub bu məlumatı rəsmi saytı vasitəsilə paylaşıb və isveçli futbolçuya təşəkkürünü bildirib.
Fransanın PSJ klubundan 2016-cı ildə transfer olunan Zlatan İbrahimoviç "Mançester Yunayted" forması ilə 53 oyuna 29 qol vurub. 36 yaşlı forvard "qırmızı şeytanlar"ın heyətində Avropa Liqası, Liqa Kuboku və " Community Shield" çempionluğunu yaşayıb.


.
.
.
0.48477983474731