Elmander açıqladı

16:05 23-03-2018
Elmander açıqladı

Yanvar ayında futbolçuluq karyerasını bitirən Yohan Elmander "Aftonbladet" qəzetinə açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, 36 yaşlı sabiq futbolçu nəyə görə karyerasını sonlandırdığını açıqlayıb:
"Oyun zamanı sərsəm kimi olurdum. Bəzən cüt görürdüm. Matçdan sonra baş ağrısı olurdu və uzun müddət keçmirdi. Hazırda yenidən yaxşı yata bilirəm".
"Erqryute"nin heyətində "Helsinborq"a 3:0 hesabı ilə məğlub olduqları matç haqqında da danışan Elmander: "Karyeramda ilk dəfə meydançada bu cümləni işlətdim: "Görəsən mən burda nə edirəm?". Əslində, bu mənə görə deyil, lakin orda karyeramı sonlandırmaq qərarına gəldim".
"Qalatasaray"dakı yeni vəzifəsi haqqında da danışan "Cim Bom"un sabiq futbolçusu: "Fatih Terimlə görüşdüm. Gələcəkdə məşqçilik etmək üçün kursa getməyimin daha doğru olcağını düşündük. Hal-hazırda "Qalatasaray"ın Şimaldan transfer edə biləcəyi oyunçuları müşahidə edirəm. "Qalatasaray"ın hazırki texniki heyəti mənim forma geyindiyim dönəmin texniki heyəti ilə demək olar ki, eynidi. Möhtəşəm klubdu. Bunun bir parçası olduğuma görə xoşbəxtəm".


.
.
.
0.52644085884094