Qurbanovdan yoxlama matçı ilə bağlı açıqlama

15:16 25-03-2018
Qurbanovdan yoxlama matçı ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, dünən “Qarabağ” – “Sumqayıt” (2:1) yoxlama görüşünün baş tutub.vermişdik.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın rəsmi “Facebook” səhifəsinə oyunla bağlı açıqlama verib:
"Pis oyun olmadı, sürətli qarşlaşma izlədik. İstəyirdim ki, belə bir matç olsun. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov sağ olsun, əvvəlcədən bu oyunla bağlı razılıq əldə etmişdik. Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Futbolçuların istəklərindən razı qaldım, həm "Sumqayıt", həm də bizimkilər istəkli idilər. Oyun düşündüyümüz proqram üzərində alındı".


.
.
.
0.37962508201599