Aquero "Mançester Siti"dən nə vaxt ayrılır?

13:11 26-03-2018
Aquero "Mançester Siti"dən nə vaxt ayrılır?

Argentina millisinin və “Mançester Siti”nin üzvü Serxio Aquero karyerası haqqında önəmli açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, “Mançester Siti”dən ayrılacağı tarixi açıqlayan hücumçu:
“Mançester Siti” ilə olan müqaviləm (2020) bitəndə Argentinaya qayıdacam və “İndependente”də oynayacam”.
Argentina milli komandası haqqında da danışan 29 yaşlı forvard: “Milli komandaya borclu olduğumu hiss edirəm. Onları ödəyə bilməyimin tək yolu Dünya çempionatında qalib olmaqdı”.
Qeyd edək ki, 2003-2006-cı illər arasında “İndependente”də oyanayan və daha sonra “Atletiko” (Madrid), “Mançester Siti” forması geyinən Aquero bu mövsüm 37 oyuna 30 qol vurub və 7 məhsuldar ötürmə edib.


.
.
.
0.5500819683075