"Arsenal" Vengerlə yolları ayırır

13:40 26-03-2018
"Arsenal" Vengerlə yolları ayırır

İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal"da Arsen Venger dönəmi başa çatmaq üzrədir.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
Bildirilir ki, artıq "topçular" alman mütəxəssis Tomas Tuçel ilə danışıqlara başlayıb. "Borussiya"nın (Dortmund) sabiq baş məşqçisinin Almaniyada deyil, başqa bir ölkədə çalışmaq istədiyi və məhz buna görə də, onun "Bavariya"dan gələn təklifi qəbul etmədiyi qeyd edilir.
Xatırladaq ki, Arsen Venger 1996-cı ildən "Arsenal"ın sükanı arxasındadır.


.
.
.
0.46201395988464