"Qalatasaray" və "Beşiktaş" "Kasımpaşa"lı futbolçu ilə maraqlanır

14:05 26-03-2018
"Qalatasaray" və "Beşiktaş" "Kasımpaşa"lı futbolçu ilə maraqlanır

Türkiyə Super Liqasında mübarizə aparan "Qalatasaray" icarə əsasında "Kasımpaşa"da forma geyinən Mahmud Həsəni (Trezeqe) heyətinə qatmaq istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda "Sabah" məlumat yayıb.
Bildirilir ki, "Cim Bom" İngiltərədən gələn təkliflərdən sonra heyətində olan Qarri Rodrigesi 20 milyon avro qarşılığında komandadan göndərmək və 5 milyon avroya Trezeqeni transfer etmək niyyətindədir.
Həmçinin, "Kasımpaşa"ın "Anderlext"dən 1 mövsümlük icarəyə götürdüyü misirli vinqer ilə "Beşiktaş" klubu da maraqlanır. Lakin, "Kasımpaşa"ın müqavilədə olan 2.5 milyon avroluq satın alma opsionundan istifadə edərək 23 yaşlı oyununçunun transfer hüququnu almağı planlaşdırdığı qeyd edilir.


.
.
.
0.4398181438446