Ozan Tufan qarşılığında Əmrə Akbaba

14:36 26-03-2018
Ozan Tufan qarşılığında Əmrə Akbaba

Türkiyənin "Fənərbaxça" klubu "Alanyaspor"un futbolçusu Əmrə Akbabanı transfer etmək niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda qardaş ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Alanyaspor"un prezidenti Həsən Çavuşoğlu Əziz Yıldırıma zəng edərək "Başakşəhər"dən Akbaba üçün təklif gəldiyini, özünün yeni bir təklifi yoxdursa, oyunçunu satacaqlarını deyib. Həmçinin, Çavuşoğlu "Başakşəhər"dən 5 milyon avroluq təklif gəldiyini, lakin 4 milyon avro qarşılığında yarımmüdafiəçi "Fənərbaxça"ya göndərməyə razı olduqlarını söyləyib. "Sarı-lacivərtlilər"in prezidenti Yıldırım isə Əmrə Akbaba üçün Ozan Tufanı "Alanyaspor"a göndərməyi təklif edib.


.
.
.
0.45824003219604