Taliska "Roma" yolunda

15:16 26-03-2018
Taliska "Roma" yolunda

Portuqaliyanın "Benfika" klubuna məxsus olan və hazırda icarə əsasında "Beşiktaş"da oynayan Anderson Taliska "Roma"ya transfer olmağa yaxındı.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Benfika" Braziliya millisinin də üzvü olan futbolçunun transferi məsələsində "Roma" ilə razılaşıb. Əgər "Beşiktaş" iyunun 1-nə qədər müqavilədə olan 21 milyon avroluq satın alma opsiounundan istifadə edərək 24 yaşlı hücumçunun transfer hüququnu əldə edə bilməsə, Taliska mövsümün sonunda İtaliya təmsilçisinin yolunu tutacaq.


.
.
.