"Ağsu" evində büdrədi, Binədə bərabərlik

17:31 29-03-2018
"Ağsu" evində büdrədi, Binədə bərabərlik

Bu gün I Divizionun 21-ci turuna start verilib.
Sportmedia.az xəbər verir ki, ilk oyun günündə “Ağsu” “Xəzər”i, “Binə” “Qaradağ Lökbatan”ı qəbul edib.
“Ağsu” öz meydanında “Xəzər”ə 3:1 hesabı ilə məğlub olub. “Binə” – “Qaradağ Lökbatan” qarşılaşması isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.
“Ağsu” – “Xəzər” 1:3
QOLLAR: Malik Babayev 37 // Tural Qürbətov 26; Vadim Abdullayev 43; Rəşad Qarayev (ö.q) 90+3.
“Binə” – “Qaradağ Lökbatan” 2:2
QOLLAR: Seymur Abdullayev 83; Vüsal Səfərov 90+2 // Ruslan Tağızadə 69; Əliqulu Manafov, 85.


.
.
.
0.43895483016968