DÇ-2018-in hakimləri bəlli oldu

15:48 30-03-2018
DÇ-2018-in hakimləri bəlli oldu

FİFA DÇ-2018-də oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.
Sportmedia.az xəbər verir ki, mundialda 46 ölkədən 36 FİFA referisi, 63 köməkçi hakim iş başında olacaq. Onların arasında türkiyəli hakim Cüneyt Çakır və kollektivi də var. Çakırın köməkçiləri - Bahatdin Duran və Tarık Ongunla birgə bu çempionatda ədaləti qorumağa çalışacaq.
Maraqlı məqam odan ibarətdir ki, Ruiyada təşkil olunacaq dünya çempionatında Böyük Britaniyanı təmsil edən hakim olmayacaq. Sonuncu dəfə belə hal 80 il bundan əvvəl - 1938-ci ildə baş vermişdi.
Dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını təqdim edirik:
Cüneyt Çakır (Türkiyə), Fahad Al Mirdasi (Səudiyyə Ərəbistanı), Joel Aquilar (Salvador), Matteu Konqer (Yeni Zelandiya), Alireza Faqani (İran), Mark Qeyqer (ABD), Norbert Hauata (Taiti), Ravşan Irmatov (Özbəkistan), Ceyr Marrufo (ABD), Mohammed Abdulla Mohamed (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuji Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sezar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byorn Kuypers (Hollandiya), Mehdi Abid Şaref (Əlcəzair), Julio Baskunan (Çili), Şimon Marçinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Migel Mateu Lahos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunha (Uruqvay), Milorad Maziç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiyopiya), Vilmar Roldan (Kolumbiya), Klemen Turpin (Fransa).


.
.
.
0.59452605247498