Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək

12:14 31-03-2018
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək

Bu gün Almaniyanın Karlsrue və Baden-Baden şəhərlərində keçirilən "GRENKE Chess Classic" şahmat turnirinə start veriləcək.
Sportmedia.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.
Yarışda həmçinin dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin qalibi Fabiano Karuana da mübarizə aparacaq. Arkadi Naydiç ilk turda fransalı Maksim Vaşye - Laqravla qarşılaşacaq.
Turun digər matçları:
Fabiano Karuana – Maqnus Karlsen
Mattias Blübaum – Nikita Vityuqov
Georq Mayer – Levon Aronyan
Vişvanatan Anand - Hou İfan
Qeyd edək ki, "GRENKE Chess Classic" turniri aprelin 9-da bitəcək.


.
.
.
0.96613097190857