Futbolçumuz debüt matçında məhsuldar ötürmə edib
U-21 yığmamızın üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” klubunda ilk oyununa çıxıb.
Sportmedia.az xəbər verir ki, gənc oyunçu səfərdə “Dinamo” (Batumi) ilə matçda debüt edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Nəbiyev 90 dəqiqə meydanda olub. O, komandasının yeganə qolunun ötürməsini verib.